Xəbər lenti

Əfqanıstanın paytaxtı Kabildə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb.

"Report" xəbər verir ki, bu barədə "TOLONews" ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.

Qeyd olunub ki, daha 30 nəfər yaralanıb.

Partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.


*** 22:10

Bakı. 4 yanvar. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə baş vermiş partlayış zamanı azı 11 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "France-Presse" ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsinə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə zamanı həmçinin 25 nəfər xəsarət alıb. Məlumata görə, kamikadze polis əməkdaşlarının yanında özünü partladıb.

"TOLOnews" isə mənbəyə istinadən partlayış zamanı 15 nəfərin öldüyünü, 20 nəfərin xəsarət aldığını bildirib.


***21:08

Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib.

"Report" RİA "Novosti"-yə istinadən xəbər verir ki, hadisə paytaxtın PD9 rayonu yaxınlığında qeydə alınıb.

Hələlik ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

Şahidlərin sözlərinə görə, hadisəni terrorçu kamikadze törədib. 




Ana səhifəyə qayıt        Baxış: 906          Tarix: 5-01-2018, 11:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma