Xəbər lenti

 

Yunanıstan Aralıq dənizinin Kipr sahilləri yaxınlığında neft axtarışlarını yenidən bərpa edən Türkiyədən ABŞ-a şikayət edib.

Bu məsələ Afinaya səfər edən ABŞ Dövlət katibi Mayk Pompeo və Yunanıstan Baş naziri Kiriakos Miçotakis arasında keçirilən görüşdə müzakirə olunub.

Görüşün əsas mövzusu Türkiyənin Aralıq dənizin şərqində neft axtarışları olub.

Türkiyədən Pompeoya şikayət edən Miçotakis deyib:

“Türkiyənin son həmlələri Kiprin suveren haqlarına müdaxilədir”.

Türk mediası ikilinin görüşünə “Yunan baş nazir Türkiyəni qardaşına şikayət etdi” şərhini verib.

Məlumatda qeyd edilib ki, Yunanıstana “qardaşlıq” edən ABŞ Rusiyadan “S-400”sistemləri alan Türkiyəni “F-35” çıxarmaqla hədələyir, “S-300”-lərə sahib ola NATO üzvü Yunanıstana isə yardım edir.\\Teleqraf




Ana səhifəyə qayıt        Baxış: 516          Tarix: 5-10-2019, 23:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma