NATO-nun Norveçdə keçirilən Trident Javelin hərbi təlimində Türkiyəni narahat edən skandal baş verib.
Ovqat.vom xəbər verir ki, manevrin stumiliyasiyasında düşmən tablosunda Atatürkün və Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın şəkilləri yerləşdirilib. Hərbi təlimdə iştirak edən türk zabitlərin təsbitiylə ortaya çıxan skandal Türkiyə prezidentinin ağır qınamasına məruz qalıb. Bugünkü çıxışlarından birində hadisəni ciddi tənqid edən Ərdoğan Türkiyə hərbçilərini hərbi təlimdən geri çağırıb.
Skandalla bağlı NATO-nun Baş katibi Cens Stoltenberq də açıqlama verib. Hadisənin NATO-nun görüşlərini əks etdirmədiyini bildirən Baş katib Türkiyədən üzr istəyib. Onun sözlərinə görə, bu əməl NATO-yla əməkdaşlıq edən mülki bir vətəndaşın səhləkarlığı ucbatından törəyib və həmin şəxs dərhal işdən qovulub.
Paylaş: