“ABŞ Türkiyənin hava müdafiəsini gücləndirmək niyyətini anlayır, amma Rusiyadan S-400 sistemlərini almasından da narahatlıq duyur”.
Ovqat.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyinin əməkdaşları bildiriblər.
Maraqlıdır ki, ABŞ rəsmiləri öz sözlərini Türkiyənin əlaqədar qurumlarına yox, mətbuat nümayəndələrinə çatdırıblar.
Aralarında “Habertürk”ün ABŞ-dakı nümayəndəsi də olmaqla bir neçə avropalı jurnalisti Ağ evə dəvət edən rəsmilər söhbətdə bildiriblər ki, Türkiyə S-400-ləri almaqdan vaz keçməsə, ona qarşı sanksiyalar da tətbiq oluna bilər:
“Türkiyənin Rusiyadan S-400 almasının NATO ilə birlikdə çalışmaq strategiyasına mənfi təsirləri ola və ölkəni ABŞ Konqresində yeni qəbul ediləcək qanun çərçivəsində sanksiyalarla qarşı-qarşıya qoya bilər”.
Paylaş: