AzNews.az NBC telekanalına istinadən xəbər verir ki, bu planda Cənub Koreya əraizisində nüvə silahlarının yerləşdirilməsi də var. Bundan başqa, telekanal planda Kim Çen Inın məhv edilməsinin də nəzərdə tutulduğunu iddia edir. Plan Çin Xalq Respublikasının rəhbəri Si Tsipin ABŞ-a səfərindən əvvəl hazırlanıb. Bu variantların hər ikisi ABŞ-ın Şimali Koreyayla mübarizə üçün Çinlə əməkdaşlığın baş tutmaması halında mümkün olacaq. Əks halda, hər iki ölkə rəsmi Pxenyana saksiya və diplomatiya yolu ilə təsir göstərməyə çalışacaq.