Xəbər lenti
Bu gün, 17:45
Bu gün, 16:14
Bu gün, 14:30
Bu gün, 11:47
Dünən, 23:00
Dünən, 16:41
Dünən, 14:19
Dünən, 12:48
Dünən, 10:47
19-11-2024, 23:12
19-11-2024, 23:00
“Rusiyanın Qərb sərhədlərinə nüvə başlıqlı ballistik raketlər yerləşdirməsi bizi xeyli əndişələndirir. Çünki bu raketlər bütün Avropa qitəsini təhdid edir”.
Ovqat.com xəbər verir ki, bunu ABŞ-ın Strateji Qüvvələr komandanı general Con Hiten etiraf edib.
General ABŞ Senatının Silahlı Xidmətlər komitəsinə verdiyi hesabat zamanı ölkəsinin hava qüvvələri və qarşı-qarşıya qaldığı təhlükələrlə bağlı sualları cavablandırarkən, Rusiyanın 2006-cı ildən etibarən, yenidən təcavüzkar davranışlar göstərməyə başladığını, buna görə də onun diqqətlə izlənilməsinin vacibliyini vurğulayıb.
"”Orta mənzilli nüvə gücü müqaviləsi”nin pozulmasına yol açan kruiz raketlərinin aktivləşməsi mövzusu bizi narahat etməyə bilməz. Çünki bunu uzun zamandır görmürdük. İndi isə Rusiyanı necə ram edə biləcəyimiz məsələsini diqqət mərkəzində saxlamalıyıq "-Hiten belə deyib.
Yalnız bir raket qurğusunun aktivləşdirilməsinin ABŞ üçün böyük təhdid meydana gətirmədiyini bildirən general, bununla belə, Moskvanın hərbi gücünü inkişaf etdirməsini göstərməsi baxımından baş verənləri əhəmiyyətli hesab edir.
Bəs, ABŞ təvazökarlığını artıran Rusiyaya qarşı necə bir siyasət yürütməlidir?
Çıxışında bu suala da cavab verən generalın fikrincə, ABŞ-ın avropalı müttəfiqlərini qoruyacaq heç bir müdafiə qabiliyyəti yoxdur: “Bu raket qurğularının yerləşdiyi mövqeyə görə Avropanın böyük əksəriyyəti nüvə təhdidi altındadır”.
Rusiyanın artan hərbi investisiyalarına qarşı Vaşinqtonun öz hərbi qüvvələrini modernləşdirməsinin lazım olduğuna inanan C. Hiten yalnız bu yolla Moskvanın təkcə bugünkü təhdidlərinə qarşı müdafiəni deyil, eyni zamanda gələcəkdə də ABŞ-ın çəkindiriciliyi təmin etmək mümkündür.
Hiten ABŞ-ın 2010-cu il hərbi doktrinasında Rusiyanın düşmən olaraq görülməməsini də tənqid edib:
"Xalqımızı yox edəcək bir təhdidə sahib olan hər kəs-ki onların arasında Rusiya və Çin də var, düşmən olaraq görülməlidir. Onları düşmən olaraq görməmək ölkəmizi riskə atacaq qərarların qəbul olunmasına gətirib çıxara bilər. "
ABŞ-ın Strateji Qüvvələr komandanını bu qədər əndişələndirən hadisə Rusiyanın son bir neçə ildir ki, inkişaf etdirdiyi SSR-8 nüvə başlıqlı raket batareyasıdır. Ağ evin bəzi rəsmiləri həmin batareyanın Volqoqrad yaxınlığındakı raketləri yoxlama bazası sayılan Kapustinq Yardan həqiqi əməliyyat bazasına köçürüldüyünü açıqlamışdı. Əvvəl Pentaqon tərəfindən təsdiqlənməyən bu məlumat daha sonra ABŞ Baş qərargahının sədr müavini Paul Selvanın diliylə etiraf olunmuşdu.
Strateji Qüvvələr komandanı Con Hiten ən hərbi təcrübəli ABŞ generalı hesab olunur. Prezident Tramp hakimiyyətə gələrkən, məhz bu təcrübə və savadını nəzərə alıb onu özünə hərbi müşavir götürmək istəyirdi. Hiten isə rus “qafalılıq”da şübhəli bilinən prezidentin bu təklifini rədd etmişdi.
Heydər Oğuz
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar