Xəbər lenti

 

Los-Anceles səmasında gözlənilmədən naməlum pilot Rusiya Prezidenti Vladimir Putini doğum günü münasibətilə qeyri-adi şəkildə təbrik edib.

Kadrlar Instagram” istifadəçiləri tərəfindən paylaşılıb.

Təyyarə Rusiya liderinin adının baş hərflərinə və yaşına uyğun olaraq tüstü buraxaraq, səmada #vvp67 yazıb.

Bundan əvvəl, Putinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarını ad günü münasibətilə təbrik etmədiyini söyləmişdi.

Qeyd edək ki, ad günü ərəfəsində prezident Sibir tayqasında dincəlib.




Ana səhifəyə qayıt        Baxış: 199          Tarix: 8-10-2019, 16:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma