Xəbər lenti

 

ABŞ “Bitlz” kimi tanınan iki İŞİD terrorçusunu Suriyadan çıxarıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Twitter” hesabında yazıb.

O bildirib ki, İŞİD-çilərin çıxarılması Türkiyənin Suriyada başladığı hərbi əməliyyatlarla əlaqədardır.

D.Tramp əlavə edib ki, həmin İŞİD-çilər ABŞ-ın nəzarətində olan daha təhlükəsiz yerə aparılıb.

Qeyd edək ki, Türkiyə ötən gündən etibarən Suriyanın şimalında PKK/YPG və İŞİD terrorçularına qarşı “Barış pınarı” adlı hərbi əməliyyatlara başlayıb.

Xatırladaq ki, ötən ilin fevralında Suriyada İŞİD terrorçu qruplaşmasının iki britaniyalı üzvü – 34 yaşlı Aleksanda Koti və 29 yaşlı Əl Şəfi Əl-Şeyx kürd döyüşçüləri tərəfindən ələ keçirilib.

Bu şəxslər İŞİD-in “işgəncə aparatının” azadlıqda olan sonuncu üzvləri idi.

Koti və Əl-Şeyxin də daxil olduğu Londondan olan cəllad dördlüyünə qeyri-rəsmi olaraq İŞİD-in “Bitlz” qrupu adı verilmişdi. “İşgəncə aparatının” rəhbəri Məhəmməd Emvazi 2015-ci ildə Suriyada aviazərbə nəticəsində həlak olub.

İŞİD təbliğat videolarının əksəriyyətində danışan Emvazi girovların başını kəsməzdən əvvəl Qərb hökumətlərinə təhdid dolu ismarıclar göndərirdi.

Qruplaşmanın digər üzvü Eyn Devis isə 2015-ci ildə İstanbulda saxlanılıb.




Ana səhifəyə qayıt        Baxış: 502          Tarix: 10-10-2019, 12:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma