YPG/PKK qüvvələri Suriyanın şərqində IŞİD-in nəzarətindəki son yaşayış yeri olan Bağuz kəndini ələ keçirib.
Ovqat.com xəbər verir ki, məlumatı kürd separatçılarının özü yayıb.
Məlumata görə, son 24 saatda 47 nəfəri İŞİD-ci olan təxminən 5 min nəfər kəndi və ətrafını tərk edib.
Londonda fəaliyyət göstərən Suriya İnsan Haqları Müşahidə qrupu da faktı təsdiqləyib və Bağuz kəndinin ələ keçirilməsindən sonra İŞİD-in nəzarətində yalnız iki əkin sahəsinin qaldığını vurğulayıb.
Fransız xəbər agentliyi AFP-ə açıqlama verən müşahidə qrupunun rəhbəri Rami Abdel Rəhman bildirib ki, Bağuz ətrafında gizlənən İŞİD-çilərin axtarışı davam edir və Suriya Demokratik Gücünün mənsubları yaxınlıqdakı əkin tarlalarında da nəzarəti tam ələ keçirəcək.
Məlumatda həmçinin bildirilir ki, Bağuzu tərk edən 5 minə yaxın əhalinin 3500-ə qədəri təslim olub.
Paylaş: