Xəbər lenti

 

Türkiyənin təhlükəsizlik qüvvələri Adanada İŞİD terror təşkilatına qoşulmaq üçün Suriya ərazisinə keçməyi planlaşdıran fransalı qadını şübhəli şəxs qismində saxlayıblar.

Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ilkin araşdırma nəticəsində 21 yaşlı Anissa Laaroussinin fransız, alman, ingilis və ispan dillərini bildiyi müəyyənləşib.

Qadının mobil telefonunda onun hicablı şəkilləri aşkarlanıb. Onun sosial şəbəkələr vasitəsilə terror qruplaşmasına qatılmaq istəyini təsdiqləyən paylaşımlar da müəyyən edilib.

Şübhəli A.Laaroussi Türkiyə Miqrasiya İdarəsinin yerli bölməsinə təhvil verilib. Onun Türkiyədən deportasiya olunacağı gözlənilir.




Ana səhifəyə qayıt        Baxış: 268          Tarix: 26-11-2019, 16:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma