Xəbər lenti

PURL proqramı çərçivəsində ABŞ-dən hərbi yardımın ilk paketlərində Ukrayna "Patriot" və HIMARS sistemləri üçün raketlər alacaq.

Oxu.Az-ın "RBK-Ukrayna"ya istinadən verdiyi xəbərə görə, bunu Ukrayna Prezidenti Volodmir Zelenski Kiyevdə Avropa Parlamentinin sədri Roberta Metsola ilə keçirdiyi brifinqdə deyib.

Zelenskinin sözlərinə görə, Ukrayna PURL proqramı çərçivəsində tərəfdaşlarından iki milyard dollardan çox vəsait alıb.

Qeyd edək ki, PURL (Prioritized Ukraine Requirements List) proqramı ABŞ və NATO-nun Ukraynaya silah tədarükünü sürətləndirməyə yönəlik yeni təşəbbüsüdür.




Ana səhifəyə qayıt        Baxış: 3 209          Tarix: 17-09-2025, 21:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma