Xəbər lenti

 

Türkiyənin Eskişəhər vilayət məhkəməsi “İslam Dövləti”nin (İŞİD) komandiri olduğu iddia edilən şəxs barəsində həbs qərarı verib.

Virtualaz.org Türkiyə KİV-ə istinadən bildirir ki, S.E.T ad və soyadlı, 41 yaşlı İraq sakini Eskişəhər vilayətindəki otellərdən birində keçirilən reyd zamanı, İŞİD əleyhinə təhqiqat çərçivəsində saxlanılıb. Şübhəli şəxsin tam adı açıqlanmır.

Onunla əlaqədə olmaqda şübhəli bilinən daha 4 nəfər polisdə zəruri proseduru keçdikdən sonra xüsusi deportasiya mərkəzinə göndərilib.

Onunla əlaqəli bilinən daha 4 nəfər isə Türkiyədən deportasiya olunub.

Məlumatlarda o da bildirilir ki, tutulan şəxs daha əvvəl ölkəsində sabiq baş nazir Nuri əl-Malikiyə sui-qəsd ittihamı ilə həbs olunsa da, radikal qrupların köməyi ilə həbsdən qaça bilib.




Ana səhifəyə qayıt        Baxış: 923          Tarix: 26-08-2017, 20:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma