Xəbər lenti

 

Türkiyə parlamenti Liviyaya hərbi qüvvələr göndərməyi nəzərdə tutan qanun üzərində çalışır.

Bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın məlumat verib.

O, Türkiyənin Tripolidəki Fəyaz əl-Sərrac hökumətinə bundan sonra da zəruri dəstək verəcəyini bildirib.

Qeyd edək ki, Türkiyə ötən ay Liviyanın beynəlxalq birlik tərəfindən tanınan və artıq bir neçə aydır ölkənin şərqində Xəlifə Haftarın başçılıq etdiyi hərbi dəstələrə qarşı döyüşən hökumət ilə hərbi əməkdaşlıq haqqında saziş imzalamışdı. Ankara Liviya tərəfindən müvafiq müraciət gələcəyi təqdirdə həmin ölkəyə hərbi qüvvə göndərə biləcəyini də bəyan edib. \\Report




Ana səhifəyə qayıt        Baxış: 379          Tarix: 24-12-2019, 22:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma