Xəbər lenti

 

Türk ordusunun Liviyaya getməsi haqda xəbərlər getdikcə reallaşır.

Teleqraf.com türk mediasına istinadən xəbər verir ki, əgər türk ordusunun Liviyaya göndərilməsi baş tutsa, Liviya türk əsgərinin olduğu sayca 13-cü ölkə olacaq.

Bunun üçün ilk olaraq Türkiyə Böyük Millət Məclisi türk ordusunun Liviyaya göndərilməsinə razılıq verməlidir. Əgər razılıq olarsa Türk Silahlı Qüvvələrinin üç qoşun növünün Liviyaya göndərilməsinin önü açılacaq.

Qeyd edilir ki, hazırda ölkə xaricində hərbi xidmət çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətində 20 min, Suriyada 16 min, İraqda 2500, Əfqanıstanda 400, Somalidə 300, Qətərdə 290, Kosovada 270, Bosniya-Hersoqovinada 165, Azərbaycanda 70, Albaniyada 30 türk əsgəri xidmət edir.

Bundan başqa, TSK Livandakı BMT-nin Müvəqqəti Qüvvələr Birliyi tərkibində dənizdə terrorizmə mübarizə fəaliyyəti çərçivəsində Bəhreyndə yerləşən vahid dəniz qüvvələri qərargahının fəaliyyətinə gəmi və hərbi personalla dəstək verir.




Ana səhifəyə qayıt        Baxış: 466          Tarix: 28-12-2019, 12:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma