Xəbər lenti

 Çin hökuməti "Emirates" aviaşirkətini cərimələyib və iki reys zamanı yol verilən insidentdən sonra ölkə ərazisində donanmasını genişləndirməyi və yeni marşrutlar açmağı ona qadağan edib.

"Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Aprelin 17-də şirkət təyyarələrindən biri daxili reys yerinə yetirən yüksəklik rejimini pozub. Mayın 18-də baş verən ikinci hadisə zamanı isə pilotlar müvəqqəti olaraq dispetçer mərkəzi ilə əlaqəni itiriblər.

Şirkətə qarşı məhdudiyyət yarım il ərzində qüvvədə olacaq. Cərimənin məbləği 29 min yuan (təxminən 4,3 min dollar) təşkil edəcək.




Ana səhifəyə qayıt        Baxış: 617          Tarix: 15-06-2017, 11:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma