Xəbər lenti

Ağ Ev yaxın vaxtlarda Ukraynanın ABŞ ilə nadir torpaq metallarına dair saziş imzalamasını gözləyir.

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals deyib.

Vals söyləyib ki, o, Prezident Volodimir Zelenskinin Ukrayna və ABŞ arasında nadir torpaq mədənləri sazişini tezliklə imzalamasını gözləyir.

Diplomat həmçinin xatırladıb ki, 2024-cü ilin sentyabrında Ukraynanın mineral ehtiyatlarının işlənilməsini məhz Zelenski təklif edib. Bununla belə, bu metal ehtiyatları işlənməyib və hasilatı üçün ABŞ sərmayəsi tələb olunur.




Ana səhifəyə qayıt        Baxış: 3 574          Tarix: Dünən, 20:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma