Xəbər lenti

"Rusiyanın yeni əraziləri heç kimə və heç vaxt satılmayacaq, bu mümkün deyil".

Modern.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Əsas odur ki, Ukraynanın bir hissəsinin insanları çoxdan Rusiyanın yanında olmağa qərar verib və heç kim bu əraziləri satmayacaq”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov qeyd edib ki, Rusiya Ukrayna üzrə sülh danışıqlarına açıqdır və onun üçün bu prosesə heç bir şeyin mane olmaması vacibdir: "Rusiya Federasiyası və ABŞ prezidentlərinin Ukraynada sülh yolu ilə nizamlanmaya çıxmasına, onların öz siyasi iradələrini reallaşdırmasına heç nə mane olmamalıdır".




Ana səhifəyə qayıt        Baxış: 36          Tarix: Bu gün, 18:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma