Xəbər lenti

HAMAS və İsrail arasında növbəti girov mübadiləsi baş tutub. HAMAS İsraillə mübadilə müqaviləsinin tərkib hissəsi olaraq qaytarmalı olduğu girovları sağ deyil, cəsədlərini qaytarıb.

İsrailli siyasi şərhçi Elina Bardaç Yalov cəsədlərin qaytarılmasına dair fikirlərini APA ilə bölüşüb.

- Meyitlərin təhvil verilməsi məsələsi yəhudi xalqı üçün ürəksızladan məqamdır. Bu məsələ xalqımızın dərdini artırmaqla yanaşı, həm də nifrəti alovlandırır. Hazırkı məqamda söhbət ilk növbədə ahıl kişi və qadından və iki azyaşlı uşaqdan gedir. Ölkəmizdə hər kəs onların təhlükəsiz şəraitdə, sağ-salamat qaytarılacağına ümid edirdi, lakin HAMAS onları əsirlikdə öldürərək meyitlərini qaytardı. Bütövlükdə İsrail ictimaiyyəti həmvətənlərimizin ölümündən kədərlidir və bu faciə ədalətin təmin olunması yolunda qətiyyətimizi daha da artırır.

Elina Bordaç meyitlərin qaytarılmasının tərəflər arasında razılaşmanın tərkib hissəsi olduğunu xatırladıb:


- İsrail tərəfi bu razılıq çərçivəsində 8 nəfər girovun meyitinin qaytarılacağını bilirdi. Lakin görünən budur ki, əsirlikdə olarkən öldürülmüş onlarla soydaşımızın meyiti hələ də HAMAS-in əlindədir.

İsrail hökumətinin məqsədləri dəyişməz olaraq qalır.

Ekspert İsrail hökumətinin razılaşmanın ikinci mərhələsinə münasibəti barədə fikir bildirməkdə çətinlik çəkir:

- İsrail hökumətinin əldə olunan razılaşmanın ikinci mərhələsini davam etdirib-etdirməyəcəyi hələlik məlum deyil, lakin hökumətin məqsədləri dəyişməz olaraq qalır: Bunlar HAMAS-ın bir terror təşkilatı kimi tamamilə sıradan çıxarılmasıdır. Bu o deməkdir ki, HAMAS ilə nə sülh prosesi, nə də diplomatik danışıqlar ola bilər. Onların rəhbər tutduğu ideologiya və atdığı addımlar nə kompromis, nə də birgəyaşayış üçün hər hansı şans qoyur.

Siyasi sərhçi Trampın Qəzza Planı barədə:

- ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı planına güclü ictimai-siyasi dəstək var. Hazırda bu, danışıqlar masası üzərində olan yeganə ciddi plandır. Plan özlüyündə ABŞ-nin bölgədəki partlamayan silah və hərbi sursatların zərərsizləşdirilməsi, ərazinin təmizlənməsi, yeni iş və yaşayış yerlərinin yaradılması məqsədilə infrastrukturun inkişafını nəzərdə tutur.

Xatırladaq ki, Ağ Ev rəhbəri Donald Trampın Qəzza planı fələstinlilərin daha təhlükəsiz və sabit həyat şəraitinin təmin olunması üçün Misir və İordaniya kimi qonşu ölkələrə köçürülməsini nəzərdə tutur.

Qəzzaya kim nəzarət edəcək?

- Müharibədən sonra Qəzzanın kim tərəfindən idarə olunacağı naməlum olaraq qalır. Lakin ehtimal etmək olar ki, İsrail heç vaxt HAMAS-a bu əraziyə nəzarəti bərpa etməyə imkan verməyəcək. Qəzza bölgəsinin uzunmüddətli idarə olunması məsələsi açıqdır, amma HAMAS heç vaxt bu bölgənin gələcəyinin ərkib hissəsi ola bilməyəcək.

HAMAS-İsrail müharibəsi

HAMAS və İsrail arasında münaqişənin 2023-cü ilin oktyabrında başlanmış aktiv fazası çox sayda insanın həyatını itirməsinə, xeyli sayda insanın girov götürülməsinə səbəb olub. Girov götürülmüş şəxslərin mübadiləsi mərhələli şəkildə, bir neçə dəfə baş verib. Müharibənin başladığı ilk günlərdə HAMAS bir neçə israilli və xarici vətəndaşı girov götürüb. Bunun ardınca, İsrail keçirdiyi əməliyyatlarda xeyli HAMAS üzvünü və fələstinlini əsir götürüb. Müharibənin gedişində əsir və girov mübadilələri olsa da, proses qeyri-rəsmi və çox məhdud sayda aparılırdı. Çünki müharibə davam edirdi və tərəflər arasında etimad sıfıra enmişdi.

HAMAS və İsrail arasında atəşkəs

Münaqişə zamanı girov mübadilələri tərəflər arasında gərginliyi azaltmaq və qarşılıqlı etimad üçün mühüm vasitədir. HAMAS və İsrail arasında müharibənin gedişində geniş və uzunmüddətli girov mübadilələrinin baş verməsi çətin idi, çünki hər iki tərəf müharibə şəraitində bu cür razılaşmaların riskli olduğunu və çox vaxt siyasi məqsədlər üçün istifadə olunduğunu düşünürdü.

ABŞ-nin dəstəyi, Misir və Qətərin vasitəçiliyi ilə aylarla davam edən danışıqlardan sonra tərəflər arasında atəşkəs razılaşması əldə olunub, razılaşma 2025-ci il yanvarın 19-dan qüvvəyə minib.

Girov mübadilələri

İsrail və HAMAS arasında 2023-2025-ci illərdə baş vermiş əsir mübadilələri Fələstin və İsrail arasında gərginliyin davam etdiyi bir dövrdə əhəmiyyətli hadisələr olub. Bu dövrdə bir neçə əsas mübadilə baş verib.

2023-cü ilin noyabr ayında baş tutmuş mübadilə:

Bu mübadilə, İsrail və HAMAS arasında 11 gündən çox davam edən müharibədə əsir mübadiləsi razılaşmalarının bir hissəsi idi. 2023-cü ilin noyabrında İsrail 150-yə yaxın fələstinli əsiri sərbəst buraxdı və əvəzində 50-yə yaxın əsir İsrailə verildi. Həmçinin, bu mübadilə zamanı Qəzza Zolağında 30-a yaxın fələstinli uşaq və qadın sərbəst buraxıldı.

2023-cü ilin dekabr ayında baş tutmuş mübadilə:

2023-cü ilin dekabrında tərəflər arasında başqa böyük mübadilə baş verdi. Bu mübadilədə İsrail 150-dən çox fələstinli əsiri sərbəst buraxdı, HƏMAS isə 70-dən çox israilli əsiri geri qaytardı. Həmçinin, münaqişə zonasında əsir olan şəxslərdən bəziləri tibbi səbəblərlə əlaqədar azad edilərək, müalicə üçün xaricə göndərildi.

2024-cü ilin fevral ayında baş tutmuş mübadilə:

Hamas set to release three Israeli hostages as Gaza ceasefire holds

HAMAS ilə İsrail arasında bir neçə həftə davam edən danışıqların nəticəsi olaraq fevral ayında daha bir əsir mübadiləsi həyata keçirildi. HAMAS 20-yə yaxın İsrail əsgərini və mülki şəxsi sərbəst buraxdı. Bu razılaşmaya əsasən, tərəflər, mülki şəxslər arasında, həmçinin, mülki humanitar yardımlar təmin olunmalı idi.

2025-ci ilin yanvar ayında baş tutmuş mübadilə

2025-ci ilin yanvar ayında HAMAS və İsrail arasında daha bir mübadilə həyata keçirildi. Bu mübadilə zamanı HAMAS 80-dən çox İsrail əsirini geri qaytardı. Əvəzində, 200-ə yaxın fələstinli, o cümlədən qadınlar və uşaqlar, sərbəst buraxıldı.

2025-ci ilin fevralında baş tutmuş mübadilə:

İsrail həbsxanalarında saxlanılan 369 fələstinli Qəzza zolağında saxlanılan 3 israillinin müqabilində fevralın 16-da sərbəst buraxıldı

Proses davam edir.

HAMAS ilə İsrail arasında bir neçə həftə davam edən danışıqların nəticəsi olaraq fevral ayında daha bir əsir mübadiləsi həyata keçirildi. HAMAS 20-yə yaxın İsrail əsgərini və mülki şəxsi sərbəst buraxdı. Bu razılaşmaya əsasən, tərəflər, mülki şəxslər arasında, həmçinin, mülki humanitar yardımlar təmin olunmalı idi.

2025-ci ilin yanvar ayında baş tutmuş mübadilə:

2025-ci ilin yanvar ayında HAMAS və İsrail arasında daha bir mübadilə həyata keçirildi. Bu mübadilə zamanı HAMAS 80-dən çox İsrail əsirini geri qaytardı. Əvəzində, 200-ə yaxın fələstinli, o cümlədən qadınlar və uşaqlar, sərbəst buraxıldı.

2025-ci ilin fevralında baş tutmuş mübadilə:

İsrail həbsxanalarında saxlanılan 369 fələstinli Qəzza zolağında saxlanılan 3 israillinin müqabilində fevralın 6-da sərbəst buraxıldı.

Proses davam edir.


Mart ayında tərəflər arasında başqa bir böyük mübadilənin də baş tutması gözlənilir. Hazırda danışıqlar intensiv şəkildə davam edir. Bu mübadilələr hər iki tərəf üçün həm siyasi, həm də humanitar baxımdan əhəmiyyətlidir. Münaqişənin sona çatması və sülhə doğru irəliləmək üçün isə daha çox mübadilə və danışıqların aparılması vacibdir.

Fərid Azəri

Faiq Mahmudov




Ana səhifəyə qayıt        Baxış: 5 333          Tarix: Dünən, 19:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma