Xəbər lenti



“Ermənistan çətin vəziyyətdə qalıb: ya Qərb Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiya prezidenti Vladimir Putinə, ya da Paşinyan Ermənistanı Türkiyə və Azərbaycana qurban verəcək”.

 

Ovqat.com-un məlumatına görə, erməni politoloq Suren Surenyants bu iddia ilə çıxış edib.

 

“Mən bir az optimistəm və inanıram ki, Ukraynada müharibə dayandırılarsa, Rusiyanın regiondakı rolunu bərpa etmək üçün kifayət qədər resursları olacaq. Digər tərəfdən, bu, Rusiyaya Qərbin sanksiyalarından yayınmaq üçün Türkiyə və Azərbaycana güzəştə getməkdən yayınmağa imkan verəcək. Belə bir vəziyyətdə Ermənistanın manevr imkanı olacaq, əgər təbii ki, Paşinyan bundan əvvəl ölkəni Türkiyə və Azərbaycana təslim etməsə”, – erməni politoloq 24TV-yə müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, əgər Paşinyanın fikirləri sırf hakimiyyəti əldə saxlamaqla bağlı olmasaydı, o, yeni geosiyasi prosesləri nəzərə alaraq, xarici siyasətdə avantürizm elementlərini aradan qaldıraraq operativ şəkildə korrektə etməyə çalışardı. İndiki mərhələdə Ermənistan üçün Rusiya ilə münasibətləri yaxşılaşdırmaq son dərəcə vacib olardı, lakin Paşinyan başqa yola - Türkiyənin himayəsi altında sövdələşməyə üstünlük verir.

 

Sureniantsın fikrincə, bu sövdələşmə Ermənistanı Türkiyə və Azərbaycanın əlavəsinə çevirmək bahasına Paşinyanın hakimiyyətinin qorunub saxlanmasını nəzərdə tutur. Politoloq əmindir ki, Paşinyan Qərb himayədarlarının dəstəyini itirib, onlar da öz növbəsində öz ölkələrində mövqelərini itirirlər.

 

“Paşinyan hökuməti əslində dərin böhran yaşayır... Çünki böyük geosiyasi oyunçular Ermənistana strateji əhəmiyyətli aktiv kimi baxmırlar və hələ də ondan qlobal problemlərini həll etmək üçün istifadə etmirlər”, - deyə o, bildirib. Erməni politoloq, Vladimir Zelenskinin taleyindən Paşinyanın gələcəyini proqnozlaşdırmaq üçün bələdçi kimi faydalanmağı təklif edib.

 




Ana səhifəyə qayıt        Baxış: 5 402          Tarix: Dünən, 20:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma