Xəbər lenti

Amerika Birləşmiş Ştatları Ukraynada prezident seçkilərinin keçirilməsi üçün səylərini davam etdirəcək

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens “The National Pulse” xəbər portalına müsahibəsində vurğulayıb.

Onun sözlərinə görə, müharibə zamanı seçkilərin keçirilə bilməyəcəyi fikri gülüş doğurur:

“ABŞ prezidenti Donald Tramp isə bunun baş verməli olduğunu düşündüyünü açıq şəkildə bildirib. Bilirsiniz ki, bu, Amerika siyasətidir, kifayət qədər sadə və aydındır”.

Qeyd edək ki, Volodimir Zelenski 2019-cu ildə Ukrayna prezidenti seçilib və həmin il mayın 20-də vəzifəsinin icrasına başlayıb.

Bu ölkədə dövlət başçısı beş il müddətinə seçilir, seçkilərin 2024-cü ilin martında keçirilməsi planlaşdırılırdı. Lakin Ukrayna qanunvericiliyinə görə, ölkədə hərbi vəziyyət dövründə, xüsusən də prezident seçkilərinin keçirilməsi qadağandır.




Ana səhifəyə qayıt        Baxış: 38          Tarix: Bu gün, 09:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma