Xəbər lenti

Şənbə günü Parisdə Fransanın Avropa İttifaqı (Aİ) və NATO-dan çıxmasını tələb edən aksiya keçirilib.

Musavat.com "RIA Novosti"yə istinadən xəbər verir ki, yürüşə bir neçə yüz nəfər qatılıb.

Aksiya "Vətənpərvərlər" partiyasının lideri Florian Filipponun rəhbərliyi ilə təşkil edilib. Filippo hesab edir ki, Aİ-dən çıxmaq Fransa üçün milli maraqlarını qorumağa imkan yaradacaq və ölkə üçün “Tramp anı” olacaq.

Etirazçılar Parisin mərkəzi küçələri ilə "Makron istefa!", "Frexit!", "Makron, müharibəni özün apar!" şüarları ilə yürüş ediblər.

Aksiya iştirakçılarının əllərində "Avropadan bezmişik", "NATO-ya son!", "Sülh uğrunda!" və digər şüarların yazıldığı plakatlar olub.

Yürüşün ortasında Filippo Avropa İttifaqının bayrağını cırıb.




Ana səhifəyə qayıt        Baxış: 2 956          Tarix: Dünən, 19:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma