Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
Avrasiya ölkələrində yeni növ koronavirusa (COVID-19) yoluxma sayı günü-gündən artır.
Modern.az xəbər verir ki, Ukrayna, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Gürcüstan üzrə koronavirusa ümumi yoluxma sayı 72 mini keçib.
Ukrayna Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, son 24 saat ərzində 656 nəfərdə virus aşkarlanması ilə COVID-19-a yoluxma sayı 31 810 nəfərə çatıb. Açıqlamada ölənlərin sayının 12 min 901-ə, sağalanların sayının 171-ə çataraq 14253-ə çatdığı bidirilib. Digər tərəfdən, karantin rejiminin yumşaldılması illə ölkədə beynəlxalq uçuşlar təşkil edilməyə başlanıb. Mayın 11-dən tədricən sərt karantin tədbirlərinin yüngülləşdirildiyi Ukraynada 10 iyun tarixində sanatoriyalar, istirahət və mədəniyyət mərkəzləri, 5 iyun tarixində restoran və kafelər açılıb.
Ermənistan Səhiyyə Nazirliyinin məlumatlarına görə isə ölkədə son 24 saatda 397 nəfərin koronavirusa yoluxması ilə ümumi yoluxma sayı 17 min 64-ə, ölü sayı isə 285-ə çatıb. İndiyə qədər Ermənistanda 83 min 600 koronavirus testi aparılıb, 6 min 276 COVID-19 xəstəsi sağalıb. Ölkədə 10 min 49 xəstənin müalicəsi davam edir.
Digər Avrasiya ölkəsi olan Qazaxıstanda isə koronavirusa yooluxma 15 minə yaxınlaşıb. Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatlarına görə, son 24 saat ərzində COVID-19-a yoluxma hallarının sayı 313 nəfər artaraq 14 min 809-a çatıb.
Virusdan sağalanların sayı son 24 saatda 74 nəfər olmaqla 9188, həyatını itirənlərin sayı 4 nəfər olmaqla 77 nəfərədək yüksəlib. Xəstəliyin simptomları olmayan, virusa yoluxanların ümumi sayına daxil olmayan xəstələrin sayı isə 490 nəfər artaraq 4 min 892-ə çatmışdır.
Qırğızıstan Səhiyyə Nazirliyinin verdiyi açıqlamada, son 24 saat ərzində 87 adamda virusun aşkarlanması ilə koronavirusa yoluxma sayının 2 min 372-ə çatdığı qeyd edilib. Açıqlamada, sağlamlığına qovuşanların sayının 1813-ə yüksəldiyi bildirilib. Koronavirusla Mübarizə Baş İdarəsi, yaxınlarda paytaxt Bişkekdə koronavirusa yoluxma sayının artması səbəbindən vətəndaşları maska, sosial məsafə və gigiyena qaydalarına əməl etməyə çağırıb. Qırğızıstanda COVID-19 səbəbiylə indiyədək 27 nəfər ölüb.
Özbəkistan Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, dünən gecədən bəri COVID-19-a yoluxma hallarının sayı 52 nəfər artaraq 5 min 103-ə, sağalanların sayı 33 nəfər artaraq 3 min 943-ə çatıb. İndiyə qədər ölkədə 850 min sınaq test nümunəsi aparılsa da, 49 min insan hələ də nəzarətdədir. COVID-19-dan 19 ölüm hadisəsinin olduğu ölkədə 1141 nəfərin müalicəsi davam edir. Digər tərəfdən, COVID-19-a qarşı görülən tədbirlərin yüngülləşdirilməsi çərçivəsində Özbəkistanda beynəlxalq uçuşlar təşkil edilməyə başlanıb. Hələ ki, ilkin mərhələdə diplomatlar, iş adamları, xaricdə işləyən, başqa ölkədə təhsil alanlar xaricə gedə biləcəklər.
Gürcüstanda virusa yoluxanların sayı isə 882-ə çatıb. Virus səbəbilə 14 nəfərin öldüyü ölkədə 267 nəfər xəstəxanalarda nəzarət altındadır və 2710 nəfər karantindədir. Gürcüstanda turizm sektorundakı müəssisələr, karantin rejiminin yumşaldılması çərçivəsində ölkə daxilində fəaliyyətə başlayıb. Digər tərəfdən, ictimai nəqliyyatda və qapalı yerlərdə maskalar taxmaq vacib hesab olunur.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar