Xəbər lenti


24 iyun Moskva paradı öncəsi rus ziyalılar Putini hədəfə almaqdan çəkinmirlər. 

Moderator.az “Exo Moskvı” radiosunun elektron saytında yayılan müəllif yazısının bizim üçün də maraqlı olacağını nəzərə alıb tərcüməsini diqqətinizə çatdırır:
 
“Gərək o qədər axmaq olasan ki, isti yay günündə gəzməyə şuba ilə çıxasan, qalın çəkmələr geyəsən, xəz papaq qoyasan. Boynuna da şərf dolayıb deyəsən ki, soyuqdan etibarlı şəkildə qorunursan. 
Heç kimin Rusiyanı hücumla hədələmədiyi bir vaxtda, ona militarizm şubası geyindirmək, baş örtüyünü raketlərlə quraşdırmaq,  NATO-nu düşmən təyin etmək, təcavüzkar bir ölkə olmaq, vətəndaşların  trilyonlarla vergisini israf etmək və  bununla da ölkənin müdafiəsinin və təhlükəsizliyinin etibarlı olduğunu qürurla bəyan etmək üçün..,  Putin olmaq lazımdır. 

Bir sözlə, ölkəmizdə  etibarlı olan, vətəndaşlarımızın qəti şəkildə əmin ola biləcəyi yeganə şey, rəhbərlərin yalanlarıdır.

Demək olar ki, bu, müdafiə sisteminə də aiddir - burada bütün digər sahələrdə olduğu kimi dağılma və eyni qaçılmaz yalan və özünü aldatma var. Ölkəmizin etibarlı müdafiəsinin rəmzi olan "Admiral Kuznetsov" la bağlı baş verənləri xatırlamaq kifayətdir.
Hər yerdə, rəhbərlərin və Putinin yalanları  reallıqla rastlaşanda  onlar darmadağın olur və vəziyyətin necə kədərli olduğu çılpaqlığı ilə üzə çıxır. 

Məhz  ölkə bu günlərdə koronavirus pandemiyası vaxtı Putinin "etibarlı", optimallaşdırılmış səhiyyəsi ilə qarşı-qarşıya qaldı. Xüsusilə, bu qarşılaşmanın  simvolu, keçmiş yanacaq və enerji naziri Lopuxinin xəstəlik tarixi və ölümü oldu. Daha əvvəl Dağıstan və Qaraçay-Çerkesiya faciələri, “Qazpromun” ən böyük tikintisində - Amur Qaz Emalı Zavodunda  kovidin tuğyan etməsi.
Rusiyanın sosial sistemi  - pensiya yaşının artması və hakim elitanın zənginləşməsi fonunda real gəlirlərin azalması..,  Putinin vədləri kimi bunun da saxta olduğunu ortaya qoydu.
Soçi Qış Olimpiya Oyunları öncəsi  trilyonlar talan olunaraq  Rusiya idmanını da“etibarlı” etdi. Əslində məlum oldu ki, Rusiya idmançılarının “qələbələrinin” əksəriyyəti reallıqda dövlət dopinq sisteminin nəticəsidir. Yekun - böyük bir biabırçılıqla medallar geri alındı. Rus kosmosu  haqqında da nümunələrə ehtiyac varmı?

Və hər yerdə belədir. Bütün sahələrdə eyni şey. Hakimiyyətin şən-şıqraq hesabatları və yerlərdə insanların real vəziyyət barədə şok hekayələri.

Mövcud oğru hakimiyyət Stalin diktaturasının vərdişlərini miras kimi qəbul edib. O da ( Stalin) yalan danışmağı  sevirdi.

Putin, 22 İyunda - nasist-sovet müharibəsinin başlama tarixi ərəfəsində Rusiyanın etibarlı müdafiəsi və təhlükəsizliyi haqqında danışdı . Stalinçilər də eynilə SSRİ müdafiəsinin etibarlılığını deyirdilər. Sonra, 1941-ci ilin iyun ayından milyonlarla insanı və geniş ərazini itirərək altı aydan az müddətdə qərb sərhədlərindən Moskvaya geri çəkilməyə məcbur oldular. Və üç il ərzində Şimali Afrikada və Avropada ikinci cəbhə yaranandan sonra, müttəfiqlərin böyük köməyi ilə yenə milyonlarla qurbanlarla  geri döndü.

Rusiyada "müdafiənin etibarlılığı" adlı bir gündəm yoxdur. Real olan başqa bir şey var - hakimiyyətin total şəkildə büdcəni oğurlaması, onların əvəzedilməzliyi, diktaturanın güclənməsi, yaşayış səviyyəsinin aşağı olması, perspektivlərin olmaması, çekist hakimiyyətinin ölkəmizi dalana dirəməsi. 
 
Cənablar, bu real gündəmi militarist paradlarla bağlaya bilməzsiniz, Müharibə Məbədində dualarla örtə bilməzsiniz, yeni yararsız bir raketin uğurla buraxılması ilə bağlı hesabatla bu reallığa kölgə sala bilməzsiniz.

Tərcümə: İlham İsmayıl

Tərcüməyə sözardı: Saltıkov- Şedrinin məşhur “Rusiyda yenə oğurlayırlar və içirlər” kəlamı yadıma düşdü və “ah.. Rusiya, biz heç səndən ayrı düşməmişik ki..,  sən nə qədər də bizə tanışsan”- deməyə bilmədim.



Ana səhifəyə qayıt        Baxış: 2 410          Tarix: 22-06-2020, 22:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma