Xəbər lenti
Yaponiyada baş verən zəlzələdə xəsarət alanların sayı 30-a çatıb.
Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Son məlumata görə, 950 min evin işıqsız qaldığı bildirilir.
Yeraltı təkanlar paytaxt Tokio ilə yanaşı, daha yeddi prefekturada hiss olunub, atom elektrik stansiyalarında anomaliyalar qeydə alınmayıb.

Yerli vaxtla saat 23:08 dəqiqədə qeydə alınan zəlzələnin episentri Fukuşima prefekturasının sahillərində, ocağı 60 kilometr dərinlikdə yerləşib.
**20:19
Yaponiyada 7,1 bal gücündə zəlzələ baş verib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, zəlzələnin ocağı Fukusima prefekturasında qeydə alınıb.

Yaponiyanın Baş Meteorologiya İdarəsi ölkədə sunami təhlükəsi elan edib.

Bildirilir ki, hazırda yerli hakimiyyət orqanları qurbanlar və mümkün zərərlər barədə məlumat toplayırlar.

Nazirlər Kabinetinin Baş Katibi Katsunobu Kato yerli əhaliyə sakitliyi qorumaqla bağlı çağırış edib və ölkə rəhbərliyinin təbii fəlakətin nəticələrini minimuma endirmək üçün lazım olan hər şeyi etdiyini vurğulayıb.

Zəlzələ nəticəsində 8 nəfər xəsarət alıb, 830 min ailə işıqsız qalıb, sürət qatarların hərəkəti dayandırılıb.




Ana səhifəyə qayıt        Baxış: 1 221          Tarix: 13-02-2021, 22:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma