Xəbər lenti

 İndoneziyada baş verən zəlzələdə ölənlərin və yaralananların sayı artıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Channel News Asia" Fəlakətlərin Aradan Qaldırılması Agentliyinə istinadən məlumat yayıb. 

Məlumata görə, təbii hadisə zamanı 10 nəfər ölüb. Onların ölümünə nəyin səbəb olduğu açıqlanmır. Agentlik bildirib ki, zəlzələ zamanı azı 20 nəfər xəsarət alıb. 

Qeyd edək ki, yeraltı təkanlar əhalinin sıx yaşadığı Lombok adasında, yerli vaxtla saat 6:47-də qeydə alınıb. Zəlzələ ocağı 7,5 kilometr dərinlikdə yerləşib.

APA-nın bildirdiyinə görə, zəlzələ 6.4 bal gücündə olub.




Ana səhifəyə qayıt        Baxış: 432          Tarix: 29-07-2018, 09:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma