Xəbər lenti

İngiltərənin paytaxtı Londonda “İrqçiliyə qarşı ayağa qalx” adlı vətəndaş hərəkatı təşkil edilib.

Publika.az xəbər verir ki, hərəkatın məqsədi nifrət və pis davranış hədəfi olan müsəlmanlara dəstək olmaq və düşmənlərə qarşı həmrəy mübarizə aparmaqdır.

“İslamafobiyaya yox!” və “nifrətə yox!” pankartları daşıyan nümayişçilər ötən ay Londonda Cəmil və Rəşam adlı iki müsəlmana yandırıcı turşu ilə hücum edən təcavüzkarı lənətləyiblər.

Nümayişin təşkilatçılarından biri olan Rob Ferqusan Cəmil və Rəşamın uğradığı təcavüzün islamafobik nifrət olduğunu və səlahiyyətli şəxslərin laqeyd münasibətləri nəticəsində bu növ hadisələrin tez-tez təkrarlandığını deyib.

Rəsmi statistikaya görə İngiltərədə son aylarda müsəlmanlara qarşı təşkil edilən terror və təcavüzkar hücumlar əvvəlki aylara nisbətən ikiqat artıb.

London bələdiyyəsinin verdiyi açıqlamada bildirilir ki, 2017-ci ilin ilk 6 ayı ərzində şəhərdə ortalama 3-5 islamafobik təcavüz hadisəsi baş verib. Lakin son bir ayda bu rəqəm 20-ə çatıb.

Ölkədə son zamanlarda müsəlmanlara qarşı baş verən ən dəhşətli hücum isə 19 iyunda Londonun Finsburi parkında olmuşdu. Bir ingilis vətəndaş avtobusunu namaz qılmaqdan çıxan müsəlmanların üzərinə sürmüşdü. Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişmiş, 10 nəfər isə yaralanmışdı.
 

 




Ana səhifəyə qayıt        Baxış: 469          Tarix: 6-07-2017, 13:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma