Xəbər lenti

Böyük Britaniyanın paytaxtı Londonda yerləşən bütün xarici səfirliklər 7 gün ərzində hərbçilər tərəfindən mühafizə olunacaq.

Trend xəbər verir ki, bu qərar bir neçə gün əvvəl Mançesterdə baş vermiş terror aktı ilə əlaqədar qəbul olunub.

London şəhər polisinin məlumatına görə, ölkə ərazisində təhlükə səviyyəsinin artması ilə əlaqədar polis tərəfindən mühafizə edilən obyektlərin, o cümlədən səfriliklərin təhlükəsizliyinin təmin edilməsinə hərbçilər cəlb olunacaq.

Hərbçilərin həmin obyektləri mühafizə etmələri müddəti 7 gündən sonra bir qədər də artırıla bilər.

 




Ana səhifəyə qayıt        Baxış: 955          Tarix: 25-05-2017, 15:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma