Xəbər lenti

ABŞ-ın hazırkı rəhbərliyi, Trampın prezidentliyə qayıtması ehtimalı fonunda Ukraynanın NATO-ya qəbulunu dəstəkləmək üçün strateji addımlar atmağı müzakirə edib.

Musavat.com xəbər verir ki, məlumatı "Bloomberg" agentliyi yayıb.

Məqalədə qeyd olunur ki, Bayden administrasiyası Trampın Ukrayna məsələsini yalnız danışıqlara çevirmək niyyəti ilə əlaqədar, Ukraynanın NATO-ya dəvət edilməsi fikrini irəli sürməyi düşündü.

Lakin Ağ Ev bu planın qısa müddətli perspektivdə uğurlu olma ehtimalının az olduğunu düşündüyü üçün fikrindən vaz keçib.




Ana səhifəyə qayıt        Baxış: 800          Tarix: Bu gün, 13:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma