Xəbər lenti

Qırğızıstan və Tacikistan sərhədçiləri arasında bir gündə ikinci atışma çərşənbə axşamı iki dövlətin sərhədində baş verib.

TASS xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

“2022-ci il aprelin 12-də dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində silahdan istifadə ilə bağlı təkrar insident baş verib”, - məlumatda deyilir.

Bu dəfə atışma 30 dəqiqəyə yaxın davam edib, nəticədə bir qırğız əsgəri yaralanıb.



Ana səhifəyə qayıt        Baxış: 2 269          Tarix: 12-04-2022, 21:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma