Xəbər lenti

Yeddilər qrupu (G7) Rusiya ilə beynəlxalq səviyyədə maliyyə tranzaksiyalarından imtinaya sadiqdir və digər ölkələri və beynəlxalq institutları bu nümunəyə qoşulmağa çağırıb.

Bu barədə «yeddilərin» maliyyə idarələri və mərkəzi banklarının başçılarının 20 aprel görüşünün (Vaşinqton) yekunlarına həsr olunmuş bəyanatda söhbət açılır.

«Biz, qəti şəkildə ona sadiqik ki, Rusiya ilə hökumətlərarası maliyyə tranzaksiyaları həyata keçirilməsin - borcalma hüququ ilə könüllü ticarət də daxil olmaqla və bütün yerdə qalan digər ölkələri də Rusiyanın maliyyə məhdudiyyətinə gələcək qoşulmalara dəvət edirik. Rusiya beynəlxalq maliyyə institutlarından, o cümlədən Beynəlxalq Valyuta Fondundan və Dünya Bankından maliyyələşmə almamalıdır. Biz, Avropa Yenidənqurma və İnkişaf Bankının Rusiya və Belarusun bu bankın resurslarına girişi dayandırmaq barədə qərarını alqışlayırıq» - bəyanatda deyilir.

G7 ölkələri Ukraynadakı situasiya ilə bağlı Rusiyaya təzyiqi saxlayacaq və gücləndirəcək, bəyanatda qeyd edilir.

AzPolitika.info



Ana səhifəyə qayıt        Baxış: 3 056          Tarix: 22-04-2022, 10:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma