Rusiya Xarici İşlər Nazirliyinin spikeri Mariya Zaxarova hər hadisənin yaşanma səbəbində Rusiyanın adının çəkilməsinə sərt reaksiya verərək ABŞ-a sərt ismarıc göndərib.
Publika.az xəbər verir ki, spiker G20 zirvəsinə etiraz olaraq Hamburqda təşkil edilən nümayişlər zamanı 2 rus vətəndaşın polislər tətəfindən nəzarətə aparılması hadisəsini dəyərləndirib.
M.Zaxarova Feysbukdakı hesabından verdiyi açıqlamada bildirib ki, qərb ölkələrinin Hamburqdakı nümayişlərdə Kremlin əli olduğunu iddia edəcəkləri qənaətindədir:
“Hazırda bizə Hamburqun 2 rus vətəndaşı tərəfindən alt-üst edildiyini nağıl edəcəklər. Bir az da düşünüb bunun Kremlin əmrilə həyat keçirildiyini iddia edəcəklər. Beləliklə, “Kristal kürə” xəbər və iddia agentliyini açıq elan edirəm”.
Qeyd edək ki, Kreml ABŞ-dakı prezident seçkilərinə müdaxilədə günahlandırılır.
M.Zaxarova isə bu açıqlaması ilə rəsmi ABŞ-a “başınıza gələn hər şeyin günahını bizə atmayın” mesajını verib
Paylaş: