Xəbər lenti

Türkiyə daxilində 2015-ci il martın 31-də meydana gələn elektrik kəsintilərinin səbəbi İran tərəfindən həyata keçirilən kiberhücum olub.

Publika.az xəbər verir ki, bu haqda İranın məşhur müxalifət jurnalistlərindən olan Ruhullah Zam bildirib.

Jurnalistin əlinə keçən sənədə görə, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) kəşfiyyat qurumu 2015-ci ilin fevralında Türkiyəyə kiberhücum bölüyünün yaradılması ilə bağlı təşkilatdaxili sənəd hazırlayıb. Sənəd sonradan müvafiq quruma göndərilib. Sənəd “Çox məxfi” qrifi ilə işarələnib.

İranlı mənbələrə görə, İran 2015-ci ildə üç dəfə Türkiyəyə kiberhücum həyata keçirib.

Xatırladaq ki, 2015-ci il martın 31-də Türkiyədə İstanbul, Ankara, İzmir, Trabzon və Diyarbəkr də daxil olmaqla 44 vilayətdə elektrik kəsintisi olmuş, nəqliyyatın hərəkətində problemlər yaranmış və böyük şəhərlərdə həyat sanki dayanmışdı. Ancaq elektrik enerjisini İrandan alan Van vilayətində heç bir problem yaranmayıb.

Digər tərəfdən, həmin gün, İstanbul Respublika prokuroru Mehmet Səlim Kiraz İstanbul Ədliyyə Sarayında DHKP/C terror təşkilatının üzvü olan terrorçular tərəfindən öldürüldü.

 




Ana səhifəyə qayıt        Baxış: 751          Tarix: 14-07-2017, 13:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma