Xəbər lenti

Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan bildirib ki, yaxın vaxtlarda Azərbaycandan keçən yolların Ermənistan vətəndaşlarının istifadəsinə açılması planlaşdırılır.

Musavat.com xəbər verir ki, nazirin sözlərinə görə, hazırda bu yollar hələ istifadəyə verilməyib, lakin proses sürətləndirilib.

"Biz bu yolların bütün Ermənistan vətəndaşları üçün əlçatan olması istiqamətində sürətlə irəliləyirik", – deyə Xudatyan vurğulayıb.

O qeyd edib ki, ABŞ-da imzalanmış sənədlər nəticəsində Ermənistan, ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi qorunmaqla, yolların blokdan çıxarılmasına nail olub. Xudatyan bunu Ermənistan dövlətinin inkişafı üçün mühüm faktor adlandırıb.

Nazir həmçinin prosesin birtərəfli xarakter daşıya biləcəyi ilə bağlı narahat olmadığını deyib:

"Ərazi bütövlüyü, suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə riayət olunmasının qarantı imzalanmış sənədlərdir", – deyə o əlavə edib.




Ana səhifəyə qayıt        Baxış: 33          Tarix: Bu gün, 15:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma