Xəbər lenti

İsrailin müdafiə naziri Yoav Qalant çərşənbə günü ukraynalı həmkarı Aleksey Reznikov ilə telefon danışığı aparıb.

Bu barədə İsrail Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

Məlumata görə, söhbət zamanı Ukraynadakı döyüş bölgəsindəki vəziyyət və İranın baş verənlərə müdaxiləsi ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər İranın yaratdığı təhlükəni və onun daha geniş qlobal təsirlərini müzakirə ediblər.

Nazirlər bundan sonra da əlaqə saxlamaq barədə razılığa gəliblər.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 2 873          Tarix: 21-06-2023, 20:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma