Xəbər lenti

Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Musavat.com xəbər verir ki, Belarus prezidenti rusiyalı həmkarını Vaqner özəl hərbi şirkətinin rəhbərliyi ilə danışıqların nəticələri barədə məlumatlandırıb.

Daha sonra Putin Lukaşenkoya vəziyyətin deeskalasiyası üzrə işinə görə təşəkkür edib.

Qeyd edək ki, bundan əvvəl Aleksandr Lukaşenkonun Priqojinlə danışıqlar apardığı barədə xəbər vermişdik.

Yevgeni Priqojin Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.




Ana səhifəyə qayıt        Baxış: 3 130          Tarix: 24-06-2023, 23:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma