Xəbər lenti

Volodimir Zelenski bildirib ki, Ukraynanın NATO-nun iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitində iştirakı üçün bütün əsasları var.

O, bu barədə Kiyevdə İspaniyanın baş naziri Pedro Sançeslə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

V.Zelenskinin sözlərinə görə, Ukrayna hərbi əməliyyatlar başa çatdıqdan sonra NATO-nun bərabərhüquqlu üzvü ola bilər.

Məlumat üçün əlavə edək ki, İspaniyanın baş naziri Pedro Sançes də öz növbəsində bildirib ki, İspaniya NATO-nun Ukrayna ilə tərəfdaşlığının möhkəmlənməsinə dəstək verir.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 2 784          Tarix: 2-07-2023, 09:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma