Xəbər lenti
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
“Amma Trampın növbəti addımlarından daha çox Avropa əziyyət çəkəcək...”
“Azərbaycan öz qazının ixracı üçün düzgün marşrut seçməlidir...”
Xəbər verdiyimiz kimi, ABŞ Konqresinin nümayəndələr Palatasının əksəriyyəti iyulun 25-də Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsinin lehinə səs verib. Bu qərarı həm ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi partiyanın üzvləri, həm də demokratlar fəal şəkildə dəstəkləyiblər...
Tanınmış siyasi analitik Tahir Cəfərli ilə sözügedən qanun layihəsinin ABŞ Senatı və prezidenti tərəfindən təsdiqlənəcəyi halda Rusiya, Avropa, eləcə də Azərbaycanın rastlaşacağı problemləri və çıxış yollarını təhlil etməyə çalışdıq...
-Tahir müəllim, sizcə, ABŞ Konqresinin Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyalar barədə məlum qərarı digər instansiyalar tərəfindən də təsdiqlənəcəkmi?
-ABŞ-ın Nümayəndələr Palatası tərəfindən qəbul olunan qanun layihəsi digər instansiyalar tərəfindən də təsdiqlənərsə, Amerika tarixində xarici ölkələrə qarşı ən böyük sanksiyalar olacaq. Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların ağırlaşdırılması adıyla qəbul olunan qanun layihəsidir. Konqresdən sonra sənədə Senat baxmalıdır. Əgər Senat da bunu qəbul etsə, son söz D.Trampındır. Onu da qeyd etməliyik ki, Tramp administrasiyası bir neçə dəfə eşitdirmişdi ki, belə qanun qəbul edilərsə, Av Ev buna dəstək verəcək.
-Sanksiyalar tam təsdiqlənəcəyi təqdirdə hansı nəticələri verə bilər?
-Əvvəla, gəlin sanksiyaların mətbuata sızmış mətnini təhlil edək. ABŞ tərəfi Ukrayna, Polşa və Suriyanı əlində əsas tutaraq Rusiyanın 2-ci Şimal qaz dəhlizinin(“Şimal axını-2”) işləməsinin qarşısını alır. Faktiki olaraq ABŞ təkcə Rusiyaya deyil, bütün Avropa ölkələrinə zərbə vurur. Yeni sanksiyaların mətninin mahiyyətindən anlaşılır ki, Amerika Rusiya qazının Avropaya çıxarılmasının qarşını almaqla, bu ölkələri öz sıxılmış qazını almağa vadar edir. Bu minvalla Konqresin qəbul etdiyi qanun layihəsi təsdiqlənərsə, “Şimal axını -2” layihəsinə son qoya, yəni Rusiyanın “Qazprom”unu sıradan çıxara bilər. Söhbət təkcə “Qazprom”dan getmir, onunla əlaqəli Avropa və digər ölkələrin şirkətlərindən də gedir. “Shell”, “OMV”, “Wintershallshall” kimi neft nəhəngləri bu yaxınlarda bəyanat vermişdilər ki, onlar “Şimal axını -2” layihəsinə milyard avro xərcləmişlər. Layihəni həyata keçirən İsveçin “Allseas” şirkətinə “Qazprom” 2017-ci ildə 400 milyondan çox pul ayırmışdı. Konqressin qəbul etdiyi sanksiyalar yalnız Rusiyaya qarşı deyil. Bu, qonşu İranı da seçim qarşısında qoyur, çünki sanksiyalar “Qazprom”un ən böyük perspektiv layihələrindən olan İran qazının da Avropaya daşınmasınl əngəlləyir. Eyni zamanda İranın alternativ yolları olan Cənub qaz xətti planı - yəni İran-Türkiyə-Avropa perspektiv xəttinin də qarşısını alır. Bir sözlə, Konqressin bu qərarı qazla bağlı bütün ölklərə təsir edəcək. Azərbaycan da istisna deyil...
-Aydındır ki, sıxılmış qaz Rusiya qazından qat-qat baha olacaq. Bəs Avropa belə qiymətlə razılaşacaqmı?
-Bəli, Amerika qazının qiyməti baha olacaq. Amma Avropa dövlətləri çətin ki, ABŞ-ın təzyiqinə, sinə gərsinlər. Çünki ümumilikdə ABŞ AB-dən qat-qat güclüdür. Güclü isə həmişə gücsüzə öz qoyduğu qayda ilə oynamasını tələb edir. Ancaq başqa məqsədlər də var. Bu saat AB ABŞ üçün faktiki olaraq rəqib dövlətlər birliyidir və onun güclənməsi ABŞ-ın qısa müddət ərzində fövqəldövlət statusunun sonuna gətirib çıxara bilər.
-Hələ avro pul vahidinin yaradılması məsələsi ortaya çıxanda ABŞ analitikləri AB-nin güclənməsinin qarşısını almaq planları hazırlayırdılar. Bu haqda Almaniya kansleri Gerxard Şröder də açıq şəkildə deyirdi..
-Elədir. Bu saat AB-nin vəziyyəti Rusiyanınkından yaxşı deyil. Amerikanın birinci dövr sanksiyaları AB ölkələrinin sənaye və kənd təsərrüfatına milyardlarla ziyan vurdu, Rusiya isə neft və qazdan 65%-lik asılılığını 35% endirdi, öz istehsal sahələrini yaratdı və demək olar ki, Qərbdən tam asılılığını aradan qaldırdı. Yeni sanksiyaların da Rusiyaya təsiri çox az olacaq. Sadəcə olaraq Rusiya qaz kəmərlərini Qərbə yox, Şərqə yönəldəcək və beləliklə, Avropadan almadığını Çindən alacaq.
-Belə çıxır ki, sanksiyalardan daha çox əzilən Avropa olacaq?
-Həqiqət bundadır. Almaniya iqtisadiyyatı 60 % Rusiya qazı ilə işləyir. Rusiya qaz kəməri ədədi tikilir, yəni AB-nin Rusiyaya qarşı münasibətindən və ya Rusiyanın AB-nə qarşı pis münasibətindən asılı olmayaraq qaz kəməri həmişə işləyib və işləyəcək. ABŞ-dan gələn sıxılmış qazın Avropaya verilməsi isə Amerikanın AB-yə olan münasibətindən asılı olacaq...
-Belə çıxır ki, ABŞ AB ilə “istəmirəm - vermirəm!” oyunu oynayacaq?
-Bu da əsas deyil. Əsas odur ki, AB enerji məsələsində ABŞ-dan tam asılı vəziyyətə düşəcək...
-Məgər AB liderləri bunu görmürlər?
-Görürlər. Məsələ bundadır ki, əgər Senat və Tramp bu sanksiyaları qəbul etsə, Avropa dövlətləri öz müttəfiqlik borclarını yerinə yetirməlidir və ya...
-Və ya?
-Öz dövlətçilik maraqlarından çıxış edib ABŞ-a qarşı getməlidirlər...
-Buna gedəcəklərmi?
-İnanılası deyil. Çünki AB ölkələri arasında qaz məsələsində o qədər də həmrəylik yoxdur...
-Bəs ABŞ görmür ki, o, öz müttəfiqlərini itirir?
-Əlbəttə ki, görür. Ancaq iqtisadi maraqlarının bu ölkələrdən üstün tutur. Dərinə getsək, bu sanksiyalar Rusiyanın xeyrinədir. Ancaq 2-ci Şimal qaz dəhlizinin tikilməsinə qarşı çıxarılan bu sanksiyaların arxasında çox ciddi siyasi motivlər var...
-Məsələn?
-İkinci qaz dəhlizini Rusiya ona görə tikdirdi ki, Ukraynaya gedən qazın qarşısını alsın və Ukraynanı tam özündən asılı vəziyyətə salsın. Ukraynaya gedən qazı bağlasa da, Avropa rus qazını alsın...
- İqtisadi nöqteyi-nəzərdən Rusiya Ukrayna və Polşanı pis vəziyyətə salardı, çünki Ukrayna və Polşa qaz tranzitindən milyonlar qazanırlar...
-Demək istəyirsiz ki, Polşa sanksiyaları müdafiə edəcək?
-Baxın, görün bu qaz kəmərindən hansı ölkələr dolanır? Odur ki, Avropa ölkələri arasında 2-ci Şimal dəhlizinin tərəfdarları çox azdır. Udan Almaniya olacaqdır. Odur ki, sanksiyalar ikibaşlıdır. Əsas mahiyyəti isə ondadır ki, Rusiyanın sözügedən qaz kəməri işləməsin və qaz Avropaya Ukraynadan getsin...
-ABŞ-n sıxılmış qaz satışı tələbi Norveçin perspektiv qaz kəmərlərinin də qaşısını alır. Məqsəd?
-Öncəki söhbətlərimizdə söylədiyimiz kimi, buna proteksionizm deyirlər. Yəni, öz gücündən istifadə edərək bazara təzyiq etmək. ABŞ dünyanın enerji resurslarına nəzarəti tamlığı ilə ələ keçirtmək siyasətinə keçib. Bu, Tramp komandasının ortaya atdığı siyasi xətdir, bundan isə ancaq ABŞ uda bilər.
-Bəs üç böyük ölkəyə yönlənmiş ağır iqtisadi sanksiyaların gerçəkləşmək ehtimalı qarşısında Azərbaycan nə etməlidir?
-Biz öz qazımızın ixracı üçün düzgün marşrut seçməliyik. Çünki bu sanksiyalardan sonra ABŞ ciddi təzyiqlərə keçəcək. Elə etmək lazımdır ki, bu təzyiqlər Azərbaycanın da başında çatlamasın...
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar