Xəbər lenti

 

Türkiyə-İran sərhədindən Hakkari vilayətinin Yüksəkova bölgəsi odlu silahlarla atəşə tutulub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, açılan atəş nəticəsində 24 yaşlı sakin Kamran Fırat həlak olub.

Kürək nahiyəsindən yaralanan Kamran bölgədəki kənd sakinləri tərəfindən xəstəxanaya aparılıb. Həkimlərin təcili müdaxilələrinə baxmayaraq, gənc dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 809          Tarix: 27-07-2017, 16:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma