Xəbər lenti

 

Masallıda bir neçə gün bundan əvvəl baş verən yol qəzasında yaralanan şəxs dünyasını dəyişib.

Ovqat.com APA-ya istinadən xəbər verir ki, iyunun 29-da yol qəzasında bir ailənin iki üzvü, Masallının Xıl kənd sakinləri, 29 yaşlı Bayramov Elmin və anası 51 yaşlı Reyhanə Bayramova hadisə yerində ölüb.

Qəza zamanı R.Bayramovanın digər oğlu, 26 yaşlı Mahir Bayramov ağır bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq yaralı reanimasiya şöbəsində dünyasını dəyişib.
Qeyd edək ki, hadisə Ələt-Astara yolunda Masallının Sərçuvar kəndi ərazisindən keçən hissəsində qeydə alınmışdı. Beyləqan rayon sakini, 37 yaşlı Mehdi Hüseynovun idarə etdiyi "Mercedes" markalı yük avtomaşını ilə Masallının Xıl kənd sakini, 29 yaşlı Elmin Bayramovun idarə etdiyi "VAZ -2106" markalı avtomaşın toqquşmuşdur.




Ana səhifəyə qayıt        Baxış: 801          Tarix: 5-07-2017, 23:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma