Xəbər lenti

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasındakı danışıqlar taxıl müqaviləsinin gələcəyinə böyük ölçüdə işıq salacaq.

Bu barədə RİA Novosti mənbəsinə istinadən məlumat yayıb. Agentliyin həmsöhbətinin sözlərinə görə, Türkiyənin bütün müvafiq departamentləri bu istiqamətdə iş aparır. Eyni zamanda, o vurğulayıb ki, proses Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə razılaşdırılır. BMT də bu danışıqları izləyəcək.

Mənbə danışıqların konstruktiv olacağına və Qara Dəniz Taxıl Təşəbbüsünün işinin bərpası üçün imkanların açılacağına ümid etdiyini bildirib.

Bundan əvvəl Ərdoğanın Rusiyaya səfər planları ilə bağlı məlumat yayılmışdı. Görüşün əsas mövzusunun taxıl müqaviləsi və onun bərpası olacağı dəqiqləşib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu görüş yaxın vaxtlarda baş tutacaq və bu, “çox ciddi şəkildə hazırlanır”.//Publika.az 




Ana səhifəyə qayıt        Baxış: 2 990          Tarix: 28-08-2023, 10:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma