Xəbər lenti

Qazaxıstan ordusu yüksək peşəkar, mobil və ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə hazır olmalıdır.

Bunu çərşənbə axşamı prezident Kasım-Jomart Tokayev bildirib.

“Bu gün qlobal müdafiə sistemində genişmiqyaslı dəyişikliklər baş verir. Müharibənin müasir üsul və texnikaları, xüsusən də hibrid döyüş növləri daha geniş vüsət alır. Hücumlar təkcə hərbi deyil, həm də informasiya, psixoloji, siyasi, iqtisadi xarakterli və s. ola bilər. Buna görə də Qazaxıstanın silahlı qüvvələri istənilən çağırışa hazır olmalıdır”, - Tokayev Almatı vilayətində keçirilən təlim zamanı hərbçilərlə danışarkən deyib.

Prezidentin açıqlamalarını onun mətbuat xidməti yayıb.

“Ordumuzun yüksək texnologiyalı silahlar və yüksək keyfiyyətli hərbi texnika ilə təchiz edilməsi, döyüş sursatları ilə tam təmin edilməsi prinsipial əhəmiyyət kəsb edir. Zirehli texnikalar, pilotsuz uçuş aparatları, müasir atıcı silahlar - bütün bunları biz özümüz öz vətənimizdə, öz ölkəmizdə istehsal edə bilərik və etməliyik. Ümumiyyətlə, hərbi-sənaye kompleksi ordumuzun döyüş qabiliyyəti üçün etibarlı zəmin yaratmalıdır”, - deyə prezident vurğulayıb.

Dövlət başçısı onu da qeyd edib ki, silahlı qüvvələrin səmərəliliyinin əsas amilləri zabit və şəxsi heyətin döyüş bacarığı və mənəvi-psixoloji hazırlığıdır.

Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, “Batıl Toytarış-2023” hərbi təlimlərində silahlı qüvvələrin müdafiə əməliyyatı keçirməyə hazırlığı yoxlanılıb. Təlimlərə 8000 hərbçi, 600 silah və hərbi texnika cəlb olunub.

Oxu.az




Ana səhifəyə qayıt        Baxış: 3 138          Tarix: 5-09-2023, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma