Xəbər lenti

Şimali Koreya ABŞ döyüş təyyarəsinin Cənubi Koreyadakı Çeonqju Hava Bazasına enməsini pisləyib və Koreya yarımadasının müharibə vəziyyətində olduğunu, ABŞ-a cavab veriləcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatında B-52 bombardmançı təyyarəsinin Seul Beynəlxalq Aviasiya və Müdafiə Sərgisində (ADEX) uçuşundan sonra paytaxtın cənub-şərqindəki Cheongju hava bazasına enişinə diqqət çəkilib.

"ABŞ Koreya yarımadasının qanuni olaraq müharibə vəziyyətində olduğunu və bölgədə yerləşdirdiyi strateji varlıqlarının ilk məhv hədəfi olduğunun fərqindədir. Nüvə müharibəsi təxribatları daha təhlükəli mərhələyə doğru gedir və buna uyğun cavab veriləcək"




Ana səhifəyə qayıt        Baxış: 3 339          Tarix: 22-10-2023, 10:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma