Xəbər lenti

İsrail ordusu Livanla sərhəd yaxınlığında İsraili təhdid edən yaraqlı qrupa yeni zərbə endirib.

“Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Bu gün səhər saatlarında bir terror qruplaşması İsrailin şimalındakı İftah kibutsasına tank əleyhinə raketlər atmağa cəhd edib. Bu terror qruplaşması İsrail Müdafiə Ordusunun tankı ilə vurulub”, – məlumatda deyilib.

Bundan əlavə, mətbuat xidməti qeyd edib ki, gün ərzində “terrorçu Şlomi kəndi yaxınlığında Livan tərəfdən sərhəd bölgəsinə yaxınlaşıb və İsrail hərbçilərinin hava hücumu nəticəsində məhv edilib”.




Ana səhifəyə qayıt        Baxış: 2 411          Tarix: 4-11-2023, 09:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma