Xəbər lenti

“İsrail hakimiyyəti hesab edir ki, “Hizbullah” təşkilatı Livanı müharibəyə sürükləyir və bu halda İsrail indi Qəzza zolağında etdiklərini Beyrutda etməyə hazırdır”.

Bu xəbərdarlığı İsrailin müdafiə naziri Yoav Qalant şimal sərhədindəki hərbi bazalardan birinə səfəri zamanı edib.

“Mən buradan Livan vətəndaşlarına səslənirəm, mən artıq Qəzzada vətəndaşların sahil boyu ağ bayraqlarla gəzdiyini və cənuba doğru hərəkət etdiyini görürəm. “Hizbullah” Livanı başlaya biləcək bir müharibəyə sürükləyir və səhv edir. Əgər (“Hizbullah”) belə bir səhv etsə, ilk növbədə, bütün Livan vətəndaşları bunun əvəzini ödəyəcəklər. Qəzzada nə ediriksə, Beyrutda da edə biləcəyik”, - deyə nazir bildirib.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 3 369          Tarix: 11-11-2023, 23:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma