Xəbər lenti

Hakimiyyət sərhəddəki vəziyyəti diqqətlə izləyir və lazım gələrsə, keçid məntəqələrini qismən və ya tamamilə bağlayacaq.

“Report” xəbər verir ki, bu barədə Estoniya Sərhəd Xidmətinin rəhbəri Veiko Kommusaar “Postimees”ə bildirib.

Səbəb kimi qeyri-qanuni miqrasiya göstərilir. Belə ki, noyabrın 16-da səhər saatlarında cəmi 1,5 saat ərzində səkkiz Somali vətəndaşı Estoniya sərhəd-keçid məntəqəsindən öncə Rusiya sərhədçilərini keçərək Rusiya Federasiyasından Estoniyaya vizasız getməyə cəhd ediblər.

Finlandiya da Rusiya ilə sərhəddəki məhdudiyyətləri eyni cür izah edib: səlahiyyətlilərə görə, Rusiyadan ölkəyə daxil olmağa çalışmış qanunsuz miqrantların axını son vaxtlar gözədəyəcək dərəcədə artıb. Noyabrın 16-da Finlandiya dörd sərhəd keçid məntəqəsini bir neçə ay müddətinə bağlayıb. Bu səbəbdən “Lux Express”, “Ecolines” və digər avtobus daşıyıcıları reysləri dayandırır.

Xatırladaq ki, daha öncə Norveç Ədliyyə Nazirliyi Rusiya ilə yeganə sərhəd-keçid məntəqəsinin bağlana biləcəyini açıqlayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 038          Tarix: 16-11-2023, 22:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma