Xəbər lenti

PKK terror təşkilatı Türkiyənin Diyarbəkir şəhərində Lice və Kulp çöllüyü arasından keçən hərbi avtomobilə bombalı pusqu qurub.

Publika.az xəbər verir ki, kustar üsulla düzəldilmiş bombaının partalaması nəticəsində 2 hərbçi şəhid olub, 1-i yaralanıb.

Terrorçular bombanı yola basdırıb və zirehli hərbi avtomobil gəldiyi zaman uzaqdan idaretmə sistemi sayəsində partladıblar.

Partlayışın ardınca hadisə yerinə çox sayda əsgər göndərilib. Bölgədə terrorçulara qarşı geniş əməliyyatlara start verilib.




Ana səhifəyə qayıt        Baxış: 625          Tarix: 1-08-2017, 15:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma