Xəbər lenti

Fransa prezidenti Emmanuel Makron hökumətini yenidən təşkil etmək niyyətindədir.

Həftəlik “Journal du Dimanche” qəzetinin yazdığına görə, baş nazir və bəzi əsas departamentlərin rəhbərləri dəyişdirilə bilər.

Qeyd olunur ki, Fransa lideri həmvətənlərinə Yeni il müraciətində yeni kurs elan edib və baş nazir Elizabet Borna təşəkkürünü bildirib, bu isə adətən istefadan xəbər verir.

Verilən məlumata görə, ikinci beşillik prezidentlik müddətində üçüncü müddətə konstitusiya qadağası mövcud olduğu səbəbindən yeni mandat perspektivi olmayan Makronun öz siyasi ambisiyaları olmayan, tamamilə sadiq tərəfdaşa ehtiyacı var.

Nəşr həmçinin bildirir ki, Bornun əvəzinə dörd namizədin gəlmə ehtimalı yüksəkdir. Siyahıya siyasi veteran - Milli Assambleyanın (parlamentin aşağı palatası) keçmiş spikeri, 61 yaşlı Rişar Ferran başçılıq edir.

Nazirlər Kabinetinin ən gənc üzvü, hökumətin keçmiş rəsmi nümayəndəsi olmuş və onun adından çıxış edən 34 yaşlı təhsil naziri Qabriel Attal da analitiklər arasında yüksək reytinqə malikdir.

İlk dördlüyü Makronun yaxın çevrəsindən olan digər iki nüfuzlu məmur – hazırkı Silahlı Qüvvələr naziri, 37 yaşlı Sebastyen Lekornü və keçmiş kənd təsərrüfatı naziri, 43 yaşlı Julyen Denormandi tamamlayır.

Qəzetin verdiyi məlumata görə, Nəqliyyat Nazirliyinin rəhbəri Kleman Bon və mədəniyyət naziri Rima Əbdül-Mələk vəzifələrini itirə bilərlər. Daha öncə onlar Yelisey sarayının narazılığına səbəb olan yeni immiqrasiya qanununa etirazlarını bildiriblər.

Xatırladaq ki, Elizabet Born 2022-ci ilin may ayından hökumətin başçısı vəzifəsini tutur. Hökumətin hazırkı tərkibi iki isə ay sonra təsdiq edilib.

oxu.az 




Ana səhifəyə qayıt        Baxış: 2 890          Tarix: 7-01-2024, 22:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma