Xəbər lenti

Ukrayna hakimiyyəti Böyük Britaniya ilə yeni razılaşmaya görə digər ölkələrlə hərbi münaqişəyə girə bilər.

Bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.

“Ukrayna Argentina ilə müharibə edəcəkmi?”, - deyə nəşrin müəllifləri sual veriblər.

Materialda qeyd olunub ki, Ukrayna ilə Britaniya arasında bağlanmış sazişin yeddinci bəndinə əsasən Londona qarşı xarici hərbi təcavüz halında Kiyevin effektiv hərbi yardım göstərmək öhdəliyi var.

Nəşrin siyasi analitikləri Böyük Britaniya və Argentina arasında Folklend adalarının (Malvin adalarının) mülkiyyəti ilə bağlı münaqişənin yaranacağını istisna etməyiblər. Onlar qeyd ediblər ki, Londonun Britaniyanın maraqlarına görə Ukrayna Silahlı Qüvvələrindən münaqişələrdə istifadə etmək istəyi ola bilər.

Jurnalistlər razılaşmanın yeddinci bəndinin təsadüfi olmadığını vurğulayıblar.

oxu.az 




Ana səhifəyə qayıt        Baxış: 4 305          Tarix: 15-01-2024, 09:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma