Xəbər lenti

“Başqırdıstanda razılaşdırılmamış aksiyaları kütləvi adlandırmaq olmaz”.

Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı söyləyib.

O bildirib ki, yerli hakimiyyət orqanları və hüquq-mühafizə orqanları bu məsələ ilə məşğul olur.

“Mən “kütləvi iğtişaşlar və kütləvi etirazlar” ifadəsi ilə razılaşmazdım. Kütləvi iğtişaşlar və kütləvi etirazlar yoxdur. Orada fərdi təzahürlər var. Onlar yerli hakimiyyət orqanlarının və hüquq-mühafizə orqanlarının səlahiyyətlərinə aiddir”, - deyə Kremlin nümayəndəsi qeyd edib.

“Bu işdə mən hüquqi termindən deyil, iştirak edənlərin sayını müəyyən edən termindən istifadə etdim. Çünki sual məhz belə tərtib edilib. Qeyri-hüquqi dillə desək, mən bunların kütləvi aksiya olması ilə razılaşmıram”, - deyə  Kremlin rəsmisi əlavə edib.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 2 975          Tarix: 19-01-2024, 17:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma