Xəbər lenti

ABŞ Dövlət Departamenti Türkiyəyə 23 milyard dollarlıq “F-16” qırıcıları, modernizasiya dəstləri və digər sistemlərin mümkün satışını təsdiqləyib.

Bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Pentaqon Təhlükəsizlik Əməkdaşlıq Agentliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, Ankara daha əvvəl ABŞ-dən qeyd edilən sursatların əldə olunması üçün müraciət edib.

“Mümkün satış ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq, NATO müttəfiqinin hava qüvvələrinin qabiliyyətini və qarşılıqlı fəaliyyət qabiliyyətini artıracaq ki, bu da Avropada siyasi və iqtisadi sabitlik baxımından əhəmiyyət kəsb edir”, - deyə qeyd edilib.

Agentlik hesab edir ki, tədarük regiondakı əsas hərbi balansı dəyişməyəcək.

ABŞ administrasiyası artıq bu qərarla bağlı Konqresə məlumat verib. Qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək üçün 30 günü var. Əsas podratçının “Lockheed Martin” şirkəti olacağı ehtimal edilir.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 3 317          Tarix: 27-01-2024, 13:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma